Lider mobil operator “SHE Baku Congress”-in əsas tərəfdaşıdır
Azercell 5-ci dəfə Azərbaycanda keçirilən “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal platforma yaradır.
Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan Azercell şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə də informasiya kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən şirkətin Hüquq, Etika və Komlayens departamentinin direktoru Şirin Əliyeva Azercell-in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.
17 may 2023-cü il tarixində Bakıda JW Marriott ABSHERON otelində “ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.
Tədbir haqqında əlavə məlumatı https://www.facebook.com/events/1283009022288235/ səhifəsində əldə etmək mümkündür.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq