Ermənistan Baş naziri Nikol Paşinyan və hakim partiyanın (“Mülki müqavilə”) təşəbbüs qrupu ilə görüş keçirib.
BUTA.TV xəbər verir ki, axşam saatlarında baş tutan görüşdə təhlükəsizlik məsələləri müzakirə edilib.
Paşinyanla bərabər, tədbirdə iştirak edən XİN başçısı Ararat Mirzoyan sərhəddə baş verən toqquşmalarla bağlı danışıblar. Onların nələr dediyi açıqlanmayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini 10 mayda atəşə tutub. Nəticədə bir əsgərimiz şəhid olub, biri ağır yaralanıb. Ordumuzun cavab tədbirləri nəticəsində ən azı 4 erməni əsgər yaralanıb.
Mayın 11-də ermənilər atəşi müxtəlif vaxtlarda davam etdiriblər. Azərbaycan MN-in son məlumatına görə, 11 may saat 17:00-dan başlayaraq sözügedən mövqelərdən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq