Türkiyənin Suriya ilə bağlı heç vaxt ərazi iddiası olmayıb. Ankaranın məqsədi terrorla mübarizədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Rusiya, İran və Suriya XİN rəhbərlərinin mayın 10-da keçirilən dördtərəfli görüşünü şərh edərkən deyib.
O bildirib ki, tərəflər həmçinin Suriyada siyasi prosesin bərpası və sabitliyin yaradılması yollarını müzakirə ediblər:
“Biz xarici işlər nazirləri səviyyəsində təmasları davam etdirəcəyik. Yol xəritəsi hazırlandıqdan və lazımi baza formalaşdıqdan sonra liderlər səviyyəsində də danışıqlar mümkündür”.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi