Ermənistan silahlı qüvvələrinin bölmələrinin Zod istiqamətində törətdiyi təxribata cavab olaraq Ordumuzun gördüyü tədbirlər nəticəsində erməni ordusunun itkiləri artıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb.
Bildirilib ki, saat 10:25-ə olan məlumata görə, yaralıların sayı 4-ə qalxıb.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətmişdi.
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto