2019-cu ilin mayında ermənilər o vaxt işğal altında olan Şuşada “bayram tədbiri” keçirirdilər və yallı gedirdilər.
Həmin mərasimə Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılmışdı. Sərxoş halda yallı gedənlərə qoşulan Nikol Paşinyanın görüntüləri, sonradan baş verənlər hər kəsin yadındadır: Nikol Paşinyan Azərbaycan xalqının hissləri ilə “rəqs etdi” və bədəlini də ödədi.
Hələ 2019-cu ildə Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bunun “Çimənkənd yallısı” olduğunu bildirmiş, onillər öncə qeydə alınan notu təqdim etmiş, səsləndirmişdi.
Aradan tam 4 il keçəndən sonra eyni gündə - 9 mayda yenə “Çimənkənd yallısı” – Azərbaycan havasına ermənilər rəqs ediblər, ancaq bu dəfə Xankəndidə.
Xankəndidə separatçılar uğursuz mitinqdən sonra məktəblilərin bu rəqsi ilə gündəmə gəlmək istəyiblər.
Tarix təkrarlanır: Şuşada “Çimənkənd yallısı” səsləndikdən il yarım sonra şəhərin yiyələri Qalaya qayıtdı.
İndi “Çimənkənd yallısı” bizi Xankəndiyə səsləyir...
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi