Avropa Birliyi (AB) Ermənistan və İranın Rusiyaya dəstək verən şirkətinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” Avropa Komissiyasının daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, AB-nin yeni sanksiyalar paketi Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Ermənistan və Özbəkistandan olan 35-dən çox şirkətə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
“Blumberq” əvvəllər “Financial Times” tərəfindən dərc edilmiş sanksiyalarla üzləşən Çin şirkətlərinin siyahısını təqdim edib. Agentlik sanksiyalara məruz qala biləcək digər ölkələrin şirkətlərinin adlarını açıqlamayıb.
Yeni paket 70-ə yaxın şəxsə qarşı sanksiyaların tətbiqini təklif edir. Qurum onların adlarını və vətəndaşlığını dəqiqləşdirməyib.
Avropa Birliyi bütövlükdə Rusiyaya ilk növbədə yüksək texnologiyalı məhsulların və ikili təyinatlı malların ixracında mövcud məhdudiyyətlərdən yayınma ilə mübarizə üçün yeni sanksiyalar paketi göndərmək niyyətindədir.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi