Balkan ölkələrində yaşayan Türkiyə vətəndaşları prezident və parlament seçkilərində iştirak ediblər.
BUTA.TV xəbər verir ki, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Şimali Makedoniya, Albaniya və Kosovoda yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi başa çatıb. Bosniya və Herseqovinadakı türkiyəli seçicilər paytaxt Sarayevo, Banya Luka və Mostar şəhərlərində səsvermədə iştirak ediblər. Üç gün ərzində Bosniya və Herseqovinada 1473 seçicinin səsvermədə iştirak etdiyi bildirilib.
Monteneqronun paytaxtı Podqoritsada səsvermə prosesi iki gün davam edib, Serbiyada yaşayan Türkiyə vətəndaşları Belqraddakı səfirlikdə və Novi Pazardakı Baş konsulluqda səslərini veriblər.
Şimali Makedoniya və Albaniyada səsvermə prosesi üç gün davam edib. Kosovodakı türkiyəli seçicilər iki gün davam edən səsvermə prosesində paytaxt Priştina və Prizren şəhərində səslərini veriblər. Səslərin müşahidəçilərin nəzarəti ilə möhürləndiyi və diplomatik kuryerlər vasitəsilə Türkiyəyə göndəriləcəyi bildirilib.
Qeyd edək ki, Bosniya və Herseqovinada 2946, Serbiyada 2311, Monteneqroda 1704, Şimali Makedoniyada 4107, Albaniyada 1416 və Kosovoda 2192 türkiyəli seçici qeydiyyatdadır.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi