Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2022-ci ili 254 min manat zərərlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 933 min manat mənfəətlə çıxmışdı.
BUTA.TV Report-a istinadən xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6,12 milyon manat (illik müqayisədə 4,8 % az), xərcləri isə 6,375 milyon manat (16 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7,259 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,65 % azdır. Ötən il Agentliyin öhdəlikləri 38,6 % azalaraq 288 min manata, balans kapitalı isə 3,5 % azalaraq 6,971 milyon manata düşüb.
Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi