Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı (4 mayda) Moskvaya gedəcəyini elan etmişdi. Səfərin məqsədi, hədəfi barədə heç bir məlumat verilməmişdi.
Ehtimal olunurdu ki, 1 iyunda Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək Forumunda mümkün görüş və sənəd imzalanması ehtimalına görə Paşinyan Putinlə məsləhətləşmələr aparacaq.
Bu gün isə 14 mayda Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan lideri İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın görüşəcəyi haqda məlumat yayılır. Nikol Paşinyan bu görüşdən öncə Rusiya Prezidenti Putinlə hansı müzakirələr aparmağı düşünür? Və ümumiyyətlə, hansısa müzakirələr üçün Moskvaya getməyə ehtiyac vardımı?
Ötən gün Ermənistan Nazirlər Kabineti çox maraqlı bir informasiya yayıb: “Mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Baş nazir mayın 9-u, axşamadək Moskvada olacaq”.
Sabah Moskvada Qələbə paradının keçiriləcəyi gözlənilir. Parada rəsmi olaraq yalnız Qırğızıstan Prezidenti Sadır Japarovun qatılacağı elan edilib. S.Japarov ötən gün artıq Moskvaya gedib.
Maraqlıdır, Nikol Paşinyan niyə məhz 8 mayda Moskvaya səfər edir? Rəsmi açıqlamada onun niyə “9 may axşama qədər” Moskvada olacağı bildirilir? Onun parada qarılıb-qatılmayacağı barədə niyə heç bir məlumat verilmir?
Hər bir halda Nikol Paşinyanın sabah paradda Putinlə yanaşı dayanacağı müşahidə edilsə, təəccüblənməyə dəyməz. Maraqlı olan bu barədə məlumat verilməməsidir.
Çoxbaşlı oyundur...
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi