NATO-nun hərəkətləri və bəyanatları onu göstərir ki, təhlükəsizlik və alyans bir araya sığmayan amillərdir. Artıq alyansın təqaüdə çıxmaq vaxtıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Alyansın əslində öyünəcək heç nəyi yoxdur. NATO müttəfiqlərinin əlində müharibələri var: dövlətləri xarabalığa çeviriblər, cəzasız qalaraq müharibə cinayətləri törədiblər, mülki insanları öldürüblər və mülki infrastrukturu dağıdıblar. Yuqoslaviya, İraq, Əfqanıstan, Liviya. Növbəti kim olacaq?
Görürük ki, bütün Avropa təhlükəsizlik sisteminə qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir, təhlükəsizliyimizə təhdidlər yaradır. Finlandiya Şimali Atlantika Alyansının növbəti qurbanı oldu", - Zaxarova bildirib.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video