Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda buğda və arpa ixracı qadağan edilmişdi. Arpa qadağası tezliklə aradan qaldırılmışdı. Lakin buğdanın ixracına tətbiq olunan qadağa qüvvədə qalmışdı.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından artıq heç bir təhlükə yoxdur, ona görə də həmin qadağaya artıq ehtiyac qalmayıb.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video