Əgər tez-tez qrip olanlar varsa, mütləq oktyabr-dekabr ayları arasında vaksin olunmalıdırlar.
BUTA.TV oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İnstaqram səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Həkimin sözlərinə görə, immuniteti təbii yollarla yanaşı dərman preparatları ilə də gücləndirmək olar:
“Lakin bu halda mütləq həkim müayinəsindən keçmək lazımdır. İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qida rasionunun formalaşmasıdır. Eləcə də yuxu rejiminə fikir vermək, aktiv həyat keçirmək önəmlidir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu, həkim nəzarəti olmadan edilməməlidir”.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video