Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən Cavad Heydərinin atası, anası və bir qardaşı həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onların qızı Fatimə Heydəri məlumat verib.
"Bir neçə dəqiqə öncə atam, anam və qardaşımı qandallayaraq apardılar. Ailəmizdən bir nəfəri öldürüb, 3 nəfəri isə həbs ediblər. Ailəmə təzyiq göstərərək öldürülən qardaşımın məzar daşının dəyişdirilməsini tələb edirlər", - Fatimə Heydəri bildirib.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?