İran Parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı İran mətbuatı məlumat yayıb.
Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib, eyni zamanda XİN-ə bununla bağlı addımlar atmaq tövsiyə edilib.
Sənədi qəbul edən vəkillər Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzdən gəliblər, üstəlik dünya müsəlmanlarnın ölkəmizi məzlum fələstinlilərin qətli və cinayətində İsrailin şəriki hesab edəcəyini vurğulayıblar.
Onlar eyni zamanda İsraildə səfirlik açılmasını məzlum Fələstinin fundamental hüquqlarının pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıblar.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?