Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi.
BUTA.TV xəbər verir ki, bunu Report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.
Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:
“Daha sonra onları bizim nəzarətimiz altında Xankəndində xəstəxanaya sağlam şəkildə çatdırdıq”.
Azərbaycanlı həkim Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyib:
“Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video