Rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətlinə görə məsuliyyəti “Milli Respublika Ordusu” öz üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatı “Rospartizan” Teleqram kanalında yayılıb.
"Biz 2 aprel 2023-cü il tarixində bir qrup Z fəalına və şəxsən tanınmış müharibə alovçusu və təbliğatçısı, hərbi cinayətkar Vladlen Tatarski kimi tanınan Maksim Fominə qarşı aksiya təşkil edib həyata keçirdik. Bu aksiya tərəfimizdən avtonom şəkildə həyata keçirilib və heç bir xarici strukturdan, o cümlədən xüsusi xidmət orqanlarından kömək almamışıq”, - bəyanatda deyilir.
“Respublikaçılar” Tatarskini öldürməkdə şübhəli bilinərək həbs edilən Darya Trepovanın da qəhrəman adlandırıblar.
Qeyd edək ki, “Milli Respublika Ordusu” adına ilk dəfə rusiyalı filosof Aleksandr Duqinin qızı Daria Duqinanın qətli ilə bağlı versiyalarda rast gəlinir. O zaman da sözügedən qruplaşma olayı öz üzərinə götürmüşdü.
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video