Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan artıq "ƏDV" vətəndaşlara qaytarılıb.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar dövlət vergi xidmətinin yaratdığı portaldan qeydiyyatdan keçdikdən sonra "ƏDV"-ni ala biliblər.
Qeyd edək ki, "ƏDV"-ni ala bilməyənlər də olub. Bəs buna səbəb nədir ? Dövlət Vergi Xidmətinin şöbə rəhbəri Telman Məmmədovun "Xəzər Xəbər"ə verdiyi məlumata görə, portalın istifadəyə verildiyi tarixdən indiyədək vergi orqanlarına 6 min 5 müraciət daxil olub. 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait vətəndaşlara qaytarılıb. Telman Məmmədov deyir ki, layihənin tətbiqi ilə bağlı bir sıra problemlər var.
Vətəndaşlara tövsiyə edilir ki, problemlə qarşılaşmamaq üçün müraciətdən əvvəl edənlər banklardan bəzi məlumatları dəqiqələşdirməlidir.
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video