Azərbaycan Ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurub.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bunu Gorusun Dağ (Tex) icmasına daxil olan Aravusun keçmiş inzibati rəhbəri Arqam Hovsepyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar nəzarətə götürdükləri mövqelərdən geri çəkilmir:
“Hökumətimiz deyir ki, vəziyyət yaxşılaşır. Əgər azərbaycanlılar geri çəkilməyibsə, hansı yaxşılıqdan danışırlar? Azərbaycanlılar artıq 10-11 post qurub, aktiv şəkildə mühəndislik işləri aparır”.
Ordumuzun Laçında Ermənistanla sərhədboyunca yeni postlar qurması İrəvan və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısı alınır. Və beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır. Bundan sonra hədəf Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasıdır.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı