Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib.
BUTA.TV Oxu.az-a istnadən xəbər verir ki, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb.
Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.
Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı