Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yeni Agentliyin tərkibinə verilib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Xatırladırıq ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə "Agro Supply" MMC-nin direktoru vəzifəsində çalışıb.
Z.Mikayılov 2018-ci ilin noyabrından 2021-ci ilin yanvarına qədər Azərbaycan Supermarket MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.
2021-ci il 5 apreldə Prezidentin sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı