Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə AYB sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.
Kult.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, TÜRKSOY YB-nin vitse-prezidenti, şair Səlim Babullaoğlu məlumat verib.
“Martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birliyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər”.
Həmçinin tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib, yazıçının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, xalq yazıçısının 85 illik yubileyi qeyd olunub.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı