Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əməliyyat keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilib.
Məlumata görə, Ukrayna hərbçiləri rusları Baxmutun təchizat xətlərinin birindən geri itələyiblər. Buna baxmayaraq, son həftələrlə müqayisədə rus qoşunlarının hücumlarının sayı azalsa da, şəhər uğrunda döyüşlər davam edir.
“Ukrayna Silahlı Qüvvələrinin əsas nailiyyətlərindən biri “Vaqner” qrupunun rus döyüşçülərinin 0506 saylı marşrutdan geri çəkilməsi əməliyyatı olub. Bu ikinci dərəcəli kənd yolu ukraynalı müdafiəçilər üçün mühüm təchizat xətti olub. "Vaqner qrupu əvvəllər marşrutun bir neçə yüz metrliyində idi", - məlumatda deyilib.
Qeyd edək ki, bu gün Ukrayna Baş Qərargahı Rusiya ordusunun Baxmut istiqamətində qismən uğur əldə etdiyi barədə məlumat yayıb.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı