Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsdə olan üçüncü prezident Mixail Saakaşviliyə Norveç Mühafizəkarlar Partiyasının mükafatının təqdim edilməsinə görə hiddətlənib.
BUTA.TV xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumata yayıb.
“Bu, xalqımızı ələ salmaq və təhqir etməkdir. Mükafatın Saakaşviliyə təqdim edilməsi Norveçdə çoxlu sayda insanın qətlində mühakimə olunan Breyvikin hansısa ölkə tərəfindən təltif edilməsinə bərabərdir”, - o bildirib.
Qeyd edək ki, ötən həftə Saakaşviliyə Osloda Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Syur Lindebrekkenin insan haqları, siyasi-iqtisadi azadlıqlar və demokratik təsisatların təşviqi mükafatı verilib.
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi