İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ obyektinə hücum Mayadin şəhəri yaxınlığındakı Ayn Əli bölgəsindən həyata keçirilib.
Xatırladaq ki, bundan əvvəl Pentaqon gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələri Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan hədəflərə bir sıra hava zərbələri endirdiyi barədə məlumat yaymışdı. Bunun səbəbi martın 23-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına PUA ilə hücumu olub. Hücum nəticəsində 1müqaviləli amerikalı hərbçi ölüb, 5 hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi isə yaralanıb”.
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto
- Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana gətirildi
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi