NATO ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar və buna görə də müdafiə xərclərini artırmalıdırlar.
BUTA.TV xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.
"Rusiya uzun bir qarşıdurmaya hazırlaşır, biz də hazır olmalıyıq", - o bildirib.
Kallas Alyans tərəfdaşlarını müdafiə xərclərini NATO rəhbərliyinin əvvəllər tövsiyə etdiyi səviyyəyə çatdırmağa çağırıb:
"Estoniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırıb, 2024-cü ilə qədər o, ÜDM-in 3%-nə çatacaq. Müdafiə xərcləri üçün ÜDM-in 2%-i tavan deyil, minimum olmalıdır".
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü