Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
BUTA.TV-ın Report-a istinadən xəbərinə görə, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.
Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.
Belə ki, O.Əliyevin idarə etdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Livanda SEPAH komandirləri öldürüldü
- İlham Əliyev onları təltif etdi
- Haqqında cinayət işi açılmışdı, ziyanı ödədi, müşavir oldu...
- Xəzər Dəniz Neft Donanmasına rəhbərlik ona həvalə edildi
- Göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək