Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd Ayfon 13, 60 ədəd Ayfon 14 və 3 ədəd Ayfon 14 Pro Maks markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
- Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib
- WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək
- Azərbaycanda palçıq vulkanı püskürdü
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto