Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalara qan ehtiyatı görməklə bağlı tapşırıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni Teleqram kanalları Ermənistan Səhiyyə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Səbəbləri açıqlanmasa da, ehtimal olunur ki, bu, Ermənistanın müharibəyə hazırlaşması ilə bağlıdır.
Qeyd edək ki, bu gün SEPAH-a bağlı Teleqram kanalları Ermənistanın sərhədə ordu topladığı haqda məlumat yaymışdı. Həmçinin iddia edilirdi ki, Paşinyan ofisinin qeyri-rəsmi sözçüləri yaxın iki həftə ərzində Qarabağla bağlı “sürprizlər” ola biləcəyi xəbərdarlığını edib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə