Ağalı sakinləri 30 il sonra Novruzu böyük coşqu ilə qeyd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsi məlumat yayıb.
Azərbaycan Televiziyası 44 Günlük Vətən müharibəsindən sonra bütün bayramları işğaldan azad edilən doğma şəhərlərimizdə keçirir. Bu mənada Zəngilanda təşkil olunan bayram konserti Şuşada, Ağdamda keçirilən şənliklərin davamı, azad şəhərlərimizdə coşqulu, səsli-küylü bayram ənənəsinin növbəti halqasıdır. Bayram günü Zəngilanda qalanan tonqal qayıdışımızın qeydi, orada yaşayıb-yaradacağımızın carçısıdır.
Ağalıdakı konsertdə AzTV-nin dəvəti ilə 50-ə yaxın incəsənət nümayəndəsi iştirak edib.
Tarixi günləri yaddaşlara köçürmək üçün Azərbaycan Televiziyası ənənəsini hər bayram davam etdirəcək.
Konsertdən hazırlanmış süjeti təqdim edirik:
- Bakıda BYD “Hunday”la toqquşdu – Anbaan video
- Bakıda fitness zallarında reyd: qanunsuzluqlar aşkarlandı
- Azər Mursaqulov özünə müşavir təyin etdi - Foto
- "Azəriqaz"ın departament rəisi 39 yaşında öldü - Foto
- Bibiheybət yolunda bərpa işlərinə başlanıldı
- Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi
- Mədəniyyət sahəsində qrant almaq istəyənlərə müjdə
- Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar - Video