İranın Şiraz şəhərində Şah Çıraq məscidi hücumda təqsirli bilinən iki nəfər edan olunub.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Fars əyalətinin Ədliyyə Departamentinin rəhbəri Seyid Kazım Musəvi məlumat verib.
“Məhəmməd Ramiz Rəşidi adlı məhkumlardan biri hücumda bilavasitə əli olduğunu etiraf edib. O, hücumu həyata keçirməzdən əvvəl silahların təhvil verilməsində və hücumun əsas icraçısına köməklik göstərilməsində iştirak edib, hücumun baş verdiyi Şah-Çıraq məscidinə baxış keçirib, eləcə də İŞİD terrorçularının liderindən əmrlər alıb. Seyid Naim Haşim Qatalli adlı digər şəxs məsuliyyəti öz üzərinə götürdüyünü, İrana gəldikdən sonra hücumun əsas səbəbkarı ilə əlaqə saxladığını, həmçinin onu və digər İŞİD üzvlərini Tehrana yerləşdirdiyini, onları təhlükəsiz yerlərə daşıdığını və lazımi şəraiti təmin etdiyini bildirib”, - Musəvi bildirib.
Musəvi bildirib ki, terrorda şübhəli bilinən daha 3 nəfər isə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 26-da terrorçular Şirazdakı Şah Çıraq məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutmuşdular. Nəticədə 20 nəfər həlak olmuş, 40 nəfər yaralanmışdı.
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?