Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı münasibətilə bütün hərəkət iştirakçılarına müraciət edib.
İdarədən BUTA.TV-a daxil olan müraciətdə deyilir:
“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə Sizi təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzulayırıq.
Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alaraq bəzi tövsiyələrimizi unutmamağınızı xahiş edirik.
Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyənləşdirilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhval ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə biganə olmayın!”.
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?