Ukrayna Prezident Ofisi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verməsinə reaksiya verib.
BUTA.TV xəbər verir ki, bu barədə danışan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın Haaqa məhkəməsi ilə sistemli şəkildə əməkdaşlıq etdiyini bildirib.
"Onlar ukraynalı uşaqların qanunsuz məcburi köçürülməsində şübhəli bilinirlər. Bu o deməkdir ki, onlar Roma Nizamnaməsini ratifikasiya etmiş ölkələrin ərazisində həbs oluna bilərlər", - Yermak qeyd edib.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu