Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir", - deyə o qeyd edib.
Bundan başqa, hökumət başçısı deyib ki, ölkədə süni qiymət artımı halları var və bununla mübarizə aparılır: “Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək