İndoneziya sahillərində güclü zəlzələ oldu

19:06 - 17 Mart 2023 - GÜNDƏM

 İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 58 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Yaşar Əməşova yeni vəzifə verildi - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol