Təəssüf ki, bir sıra şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib. Bəzi küçə adları var ki, nəyi ifadə edir, bilinmir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.
“Məsələn, bir şəhidimizin ailəsi müraciət etmişdi ki, Binəqədidə yaşadıqları küçənin adı “İzvidnoy” adlanır. Bu “İzvidnoy” nə deməkdir, heç kim başa düşmür. Binəqədi rayonunda “İkinci Dəmir yolu”, “Üçüncü Dəmir yolu”, Yasamalda “Yeddinci sallaqxana” və s. adlarla küçələr var. Bunlar nə məna ifadə edir, bilinmir. Biz istəyirik ki, bütün şəhidlərimizin adı əbədiləşsin”, - millət vəkili bildirib.
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu