İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni video yayaraq, Azərbaycan Respublikasını təhdid edib.
BUTA.TV xəbər verir ki, klip SEPAH-a bağlı sosial şəbəkələrdə yayılıb.
Klipdə SEPAH-ın hərbi gücü nümayiş etdirilir və komandirlərin dilindən bölgədə “hansısa geopolitik dəyişikliy”in qarşısının alınacağı deyilir.
“Qonşu ölkələrin sərhədlərində geopolitik dəyişikliklərə imkan verməyəcəyik, bu bizim qırmızı xəttimizdir”, - qeyd edilir.
Klipdə Ermənistan sərhədləri və Zəngəzur bölgəsi qırmızı xətlə çərçivələndiyi üçün SEPAH-ın “qırımız xətti”nin Ermənistan olduğu məlum olur.
Qeyd edək ki, video ötən il hazırlanıb, SEPAH-a bağlı Teleqram kanallarında isə yenidən yayılıb.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək