Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini 1987-ci il təvəllüdlü Xəndan Teymurov HOVO markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək