Laçın yolunun blokadada olması barədə Ermənistanın iddiaları tamamilə əsassızdır, yol üzrə hərəkət təmin edilir, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxs keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə olunması Azərbaycanı narahat edir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək