Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya-Azərbaycan əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə aktual məsələlərinə toxunublar", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, bu ilin yanvarında Muxtar Məmmədov diplomatik nümayəndəliyin rəhbəri təyin edilib.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək