Ukraynaya qarşı irimiqyaslı hücumdan sonra ilk dəfə olaraq Rusiya Prezidenti Vladimir Putin rusiyalı maqnatlarla görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, görüşün martın 16-da keçirilməsi planlaşdırılır. Ötənilki görüş müharibə səbəbindən təxirə salınmışdı.
Nəşrin yazdığına görə, budəfəki çıxışında Putin əsas diqqəti iqtisadi artımın canlanmasına yönəltməyi planlaşdırır.
Maqnatların görüşdə dövlətin iqtisadiyyatda artan rolundan narahatlığını ifadə etməyə və biznes mühitinin liberallaşdırılması üçün addımlar atmağa çalışacaqları bildirilib.
Qeyd olunub ki, rus oliqarxlar bəzi iqtisadi cinayətləri, o cümlədən çirkli pulların yuyulmasını leqalaşşdırmaq istəyirlər.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək