Gürcüstanda hakimiyyətin inqilabla deyil, növbədənkənar seçkilərlə dəyişdirilməsinin tərəfdarıyam.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.
“İnqilab olmasını istəməzdim, lakin növbədənkənar seçkilərlə hakimiyyətin dəyişməsini istərdim”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, hakimiyyət seçki yolu ilə legitimləşdirilməlidir, əks halda daimi gərginlik olacaq.
Müsahibə zamanı Giorgi Marqvelaşvili ölkəsində deoliqarxizasiya problemi və Bidzina İvanişvili haqqında danışıb:
"Mən bildiyimə görə, o, (İvanişvili) Gürcüstanda pul qazanmır. Onu mühakimə edəcək bir şey yoxdur. Onun qadağan ediləcək nəyisə yoxdur. Ona görə bunun absurd olduğunu deyirəm. Əgər bu insanın kriminalla əlaqəsi yoxdursa, nəyə görə onu cinayətdə ittiham edirik?! Ona yüksək çinli məmurlar, baş nazir, nazirlər zəng edir, o da cavab verir deyə?!”
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək