Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Mark Milli arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun baş komandanı məlumat yayıb.
“Mən Ukraynanın müdafiə ehtiyacları məsələsi üzərində ətraflı dayandım. Söhbət sursat və texnikanın tədarükündən gedir. O, (Mark Milli - red) hava hücumundan müdafiə sisteminin imkanlarının gücləndirilməsinin vacibliyini qeyd etdi”, - Zalujnı bildirib.
Bundan əlavə, dialoq zamanı tərəflər döyüş meydanındakı vəziyyəti müzakirə ediblər. Zalujnı vurğulayıb ki, Kiyev və Vaşinqton öz aralarında dialoqu davam etdirmək barədə razılığa gəliblər.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək