Bakı Dövlət Universitetinin humanitar fakültələr yerləşən korpusu təmirə bağlanıb. Hazırda o korpusda təhsil alan tələbələr ayrı-ayrı yerlərə köçürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə professor Ədalət Tahirzadə qeyd edib.
O, BDU rəhbərliyinin bunu yay tətilinə saxlamadan, semestrin ortasında etməsindən və tələbələrin dərbədər salınmasından narazılığını bildirib:
“Həm də bundan daha vacib təmirlər var! Məsələn, hamıya bəllidir ki, BDU-nun tələbələri yataqxanasızlıq üzündən zülm çəkir. Lənətlə andığımız Sovet hakimiyyəti dönəmində ADU-nun 6 yataqxanası vardı. İndi isə demək olar ki, heç biri də yoxdur. Nə olardı ki, universitetin başında oturanlar dərs prosesini pozunca, heç bir ciddi təmirə ehtiyac duymayan binanı təmir elətdirincə, bu yataqxana binalarına yeni həyat verəydi və tələbə övladlarımızı cəlayi-vətən olmaqdan qurtaraydı?! Yəqin ki, çox keçmədən biz həmin yataqxanaların da yerində göydələnlər görəcəyik...”
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək