Altı partiyalı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol, at bazarlığından da betər vitse-prezidentlik uğrunda mübarizə ilə yekunlaşdı.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Altılı masa”nı tənqid edərkən deyib.
Ərdoğan bildirib ki, “Bay Kamal”ı (red- CHP rəhbəri Kamal Kılıçdaroğlu) prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur:
“Terror təşkilatları ilə mübarizə onların gündəmində deyil. Onların gündəminə səlahiyyət və mövqe bölgüsü daxildir. Eyni zamanda, milli birliyimizi, həmrəyliyimizi pozmaq niyyəti var”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək