Ukrayna hakimiyyətinin Rusiyanın adının dəyişdirilərək “Muskovi” olması ilə bağlı fikirləri onların “anti-Rusiya” yaratmağa çalışdığına sübutdur.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu, Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutudur”, - deyə Zaxarova Teleqram kanalında yazıb. Diplomat əlavə edib ki, Vladimir Zelenskinin administrasiyası gündəlik olaraq Rusiyanın öz təşəbbüslərində haqlı olduğunu təsdiqləyir.
Bundan əvvəl Ukrayna prezidenti Nazirlər Kabinetinin rəhbərinə Rusiyanın adının “Moskovi” olaraq dəyişdirilməsi imkanlarına baxmağı tapşırmışdı. Müraciətdə, həmçinin Zelenski “rus dili” ifadəsini “Moskva”, “Rusiya Federasiyası” ifadəsini isə “Moskva Federasiyası” ilə əvəz etməyə çağırıb.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək