Xudat iri ərzaq qovşağı layihəsi çərçivəsində Azərbaycan ərazisində Rusiyanın xüsusi gömrük orqanı yaradıla bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycanda Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edəcək böyük Xudat ərzaq qovşağının yaradılması üçün ayrıca layihə fəal şəkildə inkişaf edir. Həmçinin, bilavasitə terminalda xüsusi gömrük orqanının yaradılması nəzərdə tutulur. Bu isə gömrük əməliyyatlarının əsas hissəsini müvafiq mallar ərazimizə gələnə qədər həyata keçirməyə imkan verəcək”, - məlumatda deyilir.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək