Rusiya kəşfiyyatı ilə əlaqəsi olan şəxslər Moldovada hökuməti devirmək və daha çox Rusiyayönlü hökumət qurmaq üçün etiraz aksiyaları keçirməyi planlaşdırırlar.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin adı açıqlanmayan rəsmi nümayəndələri məlumat verib.
Bildirilib ki, Rusiya Avropa Birliyi ilə sıx əlaqələr qurmağa çalışan Moldova hökumətini zəiflətməyə çalışır.
Vaşinqton Rusiya hökuməti ilə əlaqəsi olan şəxslərin Moldovada hökumət əleyhinə nümayişçilərə hazırlıq keçə biləcəyinə dair əlamətlər görür.
Amerika tərəfi hesab edir ki, Rusiya Moldovada sabitlik haqqında dezinformasiyanın yayılmasına şərait yaradır. Buna misal olaraq Rusiya Müdafiə Nazirliyinin Ukraynanın guya Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını göstərmək olar.
ABŞ rəsmiləri iddiaların əsassız, yalan olduğunu və əsassız bildirib.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video