Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla bu yaxınlarda söhbətində bildirib ki, İrəvan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi görür və Qərb Qarabağ ermənilərinə Azərbaycanın tərkibində müəyyən “status” əldə edəcəyinə söz verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” erməni mediasına istinadən məlumat yayıb.
“Paşinyan İrəvanın Qarabağ separatçılarına pul ayırdığını və Ermənistandan bundan artıq heç nə gözləməməyi deyib. O, Arutyunyanı Bakı ilə qarşılıqlı anlaşmaya və Azərbaycana inteqrasiya etməyə çağırıb. Arutyunyan bu yanaşmaya etiraz edib, onlar arasında söhbət zamanı gərginlik yanaşıb. Söhbət yüksək səs tonlarında davam edib”, - məlumatda deyilir.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video