Çin rəhbərliyi Çin silahlarının tədarükü ilə bağlı danışıqlar haqda məlumatı Qərbə sızdıran Kremlə qəzəblənib.
BUTA.TV xəbər verir ki, bu barədə “The Economist” nəşri adının açıqlanmasını istəməyən avropalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Çin Rusiyaya istənilən dəstəyin gizli qalmasını istəyirdi:
“Çin bilir ki, Rusiyanın (Ukraynanı əldə etmək üçün) kampaniyasına dəstək vermək onun neytral vasitəçilik iddiasını sarsıdacaq”.
Bildirilir ki, Çin artıq Ukrayna və Rusiya ilə bağlı “sülh planı”na görə Qərbin tənqidinə tuş gəlib. Silah tədarükü isə ABŞ və Avropa ilə münasibətlərinə daha da zərər verəcək”.
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı