Bilirəm, rus həmkarlarımız bunu böyütməyə çalışırlar, ancaq bizim üçün deyilməli olan məsələ budur ki, bu, sadəcə qısa bir qarşılaşma idi. Uzun davam edən ikitərəfli bir görüş, yaxud toplantı deyildi. Ancaq daha ümumi şəkildə mənfəətlərimizə uyğun olanı açıq şəkildə bildirdiyimiz üçün üzr istəyəcək deyilik.
BUTA.TV xəbər verir ki, bu sözləri Hindistanda keçirilən G20 sammiti çərçivəsində Entoni Blinken və Sergey Lavrov arasındakı ayaqüstü görüş haqqında açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays Blinkenin Lavrova üç mesaj verdiyini bildirib. Bunlardan birincisi Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dondurması ilə bağlı ABŞ və dünyanın keçirdiyi narahatlıq, ikincisi, ABŞ-a casusluq ittihamı ilə Rusiyada həbs olunan Pol Nikolas Uilanı azad etməsi, üçüncüsü isə Vaşinqtonun Ukraynanı sonadək dəstəkləməkdə qətiyyətli olmasıdır.
Sözçü, eyni zamanda, Blinkenin öz həmkarına Ukraynanın hər kəsdən daha çox müharibənin bitməsini arzuladığını və ABŞ-ın da bunu görmək istədiyini dediyini qeyd edib.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu